Salam, xoş gəlmisiniz.

“Süleymaninin öldürülməsi ABŞ-ın törətdiyi beynəlxalq terror aktıdır” - CAVAD ZƏRİF

2020-01-03 15:03:02

“Süleymaninin öldürülməsi ABŞ-ın törətdiyi beynəlxalq terror aktıdır” - CAVAD ZƏRİF

Hurriyyet.org xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin Bağdad aeroportunda ABŞ qüvvələri tərəfindən həlak edilməsindən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vaşiqntonun davranışını təhlükəli adlandırıb və ABŞ-ın addımlarının münaqişənin alovlanmasına apardığını bildirib.

İran XİN idarəsinin başçısı Cavad Zərif öz “Tvitter” səhifəsində yazıb: “ABŞ-ın törətdiyi, hədəfi İŞİD, “Əl Nüsrə”, “Əl Qaidə” kimi təşkilatlarla mübarizə aparan ən güclü qüvvə olan Qasım Süleymaninin öldürülməsi olan beynəlxalq terror aktı fövqəladə dərəcə təhlükəlidir və axmaq eskalasiyadır”.

O, bildirib ki, ABŞ özünün “hiyləgər avantyurasının” bütün nəticələrinə görə özü məsuliyyət daşıyır.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru