Salam, xoş gəlmisiniz.

“Vitse-spikerlərdən biri müxalifətdən olsun” - DEPUTATDAN ÇAĞIRIŞ

2019-12-14 10:23:02

“Vitse-spikerlərdən biri müxalifətdən olsun” - DEPUTATDAN ÇAĞIRIŞ

Azərbaycan parlamentinin buraxılandan və gələn ilin 9 fevralına növbədənkənar seçkilər təyin ediləndən sonra gedən müzakirələr səngimək bilmir. Hər keçən gün seçki ətrafında ən müxtəlif ehtimallar, fikirlər ortaya atılır.

Gedən müzakirələrin mərkəzində dayanan məsələlərdən biri də, Milli Məclisin hazırkı rəhbərliyinin də dəyişdirilib-dəyişdirilməyəcəyi yöndədir. Bu istiqamətdə səslənən fikirlər heç də birmənalı deyil. Çoxları düşünür ki, əgər parlamentin yenilənməsinə ehtiyac duyuldusa, bu birbaşa rəhbərliyə də şamil olunmalıdır. Amma bununla belə seçkili orqan olduğunu nəzərə alaraq, bunun əksini düşünənlər də var.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, V Çağırış üzrə Milli Məclisin deputatı Fərəc Quliyev hər şeyin seçkilərdən sonra məlum olacağını bildirdi: “Əvvəla, baxaq ki, təzə tərkibdə indiki rəhbərlikdən seçilən olacaq ya yox, yaxud namizədliyini verəcəklər ya yox. Bu təyinatla olan bir məsələ deyil. Parlament formalaşandan sonra rəhbərliyini seçir. Bu mənim və ya başqasının istəyinə bağlı deyil. Parlamentdə çoxluq təşkil edənlər təbii ki, öz nümayəndələrini seçəcəklər. Hər şey onların iradəsindən asılı olacaq. Bu, daha çox rəhbərliyin seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlıdır. Onların yanaşmasından asılı olan şeylər çoxdur. Onlar xətt qoymuşdular ki, islahat üçün fəaliyyətimizi dayandırırıq, yeni parlamentə ehtiyac var. Yəqin ki, bu sualın ən doğru cavabı onların özündədir”.

Fərəc Quliyev ile ilgili görsel sonucu

Fərəc Quliyev: “Sualın ən doğru cavabı onların özündədir”

Deputat hazırkı rəhbərlikdən razılığını da ifadə etdi: “Mən rəhbərlikdə olan dostlarımın fəaliyyətimdən razıyam. Kifayət qədər intensiv işləmişik. Komitə sədrləri də, vitse-spikerlər də, spiker də çox faydalı çalışıblar. Hər kəs əlindən gələn hər şeyi etməyə çalışıb. Bu baxımdan yenidən o səsvermədə olaramsa, həmin şəxslərin namizədlikləri olarsa, təbii ki, səs verəcəm”.

F.Quliyev fikirlərinin sonluğunda maraqlı bir təkliflə çıxış etdi: “Çox uyğun bilərdim ki, vitse-spikerlərdən birisi müxalifətdən olsun. Komitə sədrləri yaxud sədrlərinin müavinləri sırasında da müxalifət təmsilçilərinin olması çox yaxşı olardı. Üstəlik daxili nizamnamədə fraksiyaçılıq məsələsini də səliqə-salmana salmaq lazımdır ki, müxalifətin fraksiya kimi iştirakı mümkün olsun. Bugünkü dünyada bu çox vacib məsələlərdən biridir”.

 Qulamhüseyn Əlibəyli: “ ile ilgili görsel sonucu

Qulamhüseyn Əlibəyli: “Yəqin ki, spiker dəyişəcək”

Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəyli dəyişikliklərin olacağına inanır: “Öncəliklə hesab edirəm ki, özlərinin buraxılmalarına səs vermiş deputatların seçkilərdə iştirakı siyasi cəhətdən, siyasi mədəniyyət baxımından düzgün olmazdı. İnsanlar açıq şəkildə etiraf etdilər ki, heç nə bacarmırlar, yəni işlərinin öhdəsindən gələ bilmirlər. Ona görə də onların deputat seçilməsi düzgün olmazdı. Amma çox təəssüflər olsun  ki, onların böyük əksəriyyəti namizədliklərini verəcəklər. Güman edirəm ki, əgər parlamentin tərkibinin müəyyən hissəsi dəyişirsə, rəhbərlikdə də müəyyən dəyişikliklər olacaq. Artıq Milli Məclisin rəhbərliyinin dəyişmə vaxtı çatıb. 14 ildir bu rəhbərlik fəaliyyət göstərir. Sonda etiraf etdilər ki, işlərinin öhdəsindən gələ bilmirlər. İstənilən halda yeni formalaşacaq parlamentdə dəyişikliklərin olması labüddür. Ən azından vitse-spikerlərdən biri başqa icra orqanına təyinat alıb. Vahid Ələsgərovu nəzərdə tuturam. Deməli, o dəyişəcək. Başqa dəyişikliklərin də olacağını gözləyirəm. Yəqin ki, spiker dəyişəcək. Ola bilər ki, iki vitse-spikerin də tərkibində dəyişiklik olsun. Hər halda Ziyafət müəllim klanlarla bağlı olmayan, bir-biri ilə rəqabətdə olan qüvvələrdən kənarda dayanan bir şəxsdir. Onun mənfi hallara bulaşması haqqında heç bir informasiya yoxdur. Ola bilsin ki, o yerində qalsın”.

Partiya sədri seçkilərlə bağlı mövqelərindən də danışdı: “Partiya olaraq seçkilərdə iştirakın tərəfdarıyıq. Amma mən düşünürəm, müəyyən məqamlar var ki, o məqamları özüm üçün aydınlaşdırmaq istəyirəm. Ona görə yaxın günlərdə müəyyən qərar qəbul edəcəm”./“Yeni Müsavat”/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru