Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Bu barədə diplomatik qaynaqlardan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən M.Çavuşoğlu Azərbaycanda rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcək.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. /trend/