Salam, xoş gəlmisiniz.

Makronla Putin Ukraynadakı vəziyyəti müzakirə etdilər

2019-11-18 18:57:18

Makronla Putin Ukraynadakı vəziyyəti müzakirə etdilər

Fransa və Rusiya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Dekabrın 9-da Parisdə keçirilməsi planlaşdırılan "Normandiya formatı" sammitinə hazırlıqları nəzərə alaraq liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Hər iki tərəf vurğulayıb ki, belə bir görüşün keçirilməsi həqiqətən də Minsk razılaşmasının sürətli və tam icrasına töhfə verməlidir", - Kremlin mətbuat xidmətindən bildirilib.

Vladimir Putin həmçinin fransalı həmkarına ötən ilin noyabrında Kerç boğazında saxlanılan üç hərbi gəminin Ukraynaya təhvil verilməsi barədə məlumat verib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru