Salam, xoş gəlmisiniz.

Meriya Müsavata ”YOX” dedi - Partiya icazəsiz piket qərarı verdi

2019-11-07 17:38:48

Meriya Müsavata ”YOX” dedi - Partiya icazəsiz piket qərarı verdi

Musavat Partiyasının noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi aksiyaya "yox" cavabı verilib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu barədə Musavat Partiyasının başqanı Arif Hacılı bildirib.

"Heç bir halda aksiyalarımıza icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir.
Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir?
Məncə bu sualın cavabı qərəzsiz olan hər kəsə aydındır. Bundan daha artıq güzəştimiz mümkün deyil".


Arif Hacılı onu da deyib ki, noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", "Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla planlaşdırılan aksiyanı icazəsiz keçirməyə çalışacaqlar.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru