Salam, xoş gəlmisiniz.

Milli Məclisdə büdcə müzakirələri başladı

2019-11-05 11:54:21

Milli Məclisdə büdcə müzakirələri başladı

Bu gün Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirələri başlayıb.

Müzakirələrdə dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 4,2% və 6,8% çoxdur. Beləliklə, büdcə kəsri 2 779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4% azdır.

Gələn il Azərbaycanın icmal büdcəsinin isə gəlirləri 27 533,1 milyon manat, xərcləri 29 488,3 milyon manat məbləğində proqnozlaşdırılır. Son nəticədə büdcə kəsiri 1 955,1 milyon manat təşkil etməlidir ki, bu da 2020-ci ildə ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3%-i qədərdir./report/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru