Salam, xoş gəlmisiniz.

Mirşahin Cümşüd Nuriyevi müdafiə etdi - VİDEO

2019-12-02 11:28:00

Mirşahin Cümşüd Nuriyevi müdafiə etdi - VİDEO

REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu "Mir Şahinin vaxtı" verilişində sabiq millət vəkili Cümşüd Nuriyevi müdafiə edib.

O, Cümşüd Nuriyevin AzTV-də qadınlarla bağlı səsləndirdiyi fikirləri şərh edib. Mirşahin Ağayev çıxışında bildirib ki, C.Nuriyevin kontekstdən çıxarılmış bir fikri kütləvi lənət, təhqir və təhdidə səbəb olub:

"Cümşüd Nuriyevi ittiham etməyə başladılar ki, guya Qarabağda döyüşən qadınları təhqir edib. Əslində isə söhbət Xanım Xəlilova adlı bir qadının başına toplanmış, qara güruhbaşıların lazım olduqda siyasi sapand kimi istifadə etdiyi qüvvədən gedirdi. Yeri gəlmişkən, elə həmin Xanım Xəlilova Elçibəy hakimiyyətinin ayrı-ayrı üzvlərini kişiciklər adlandırmaqdan çəkinmirdi".

M.Ağayev efirdə Xanım Xəlilova və 1992-ci ildə parlament binasının qarşısına toplaşan qadınlarla bağlı arxiv görüntüləri təqdim edib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru