Salam, xoş gəlmisiniz.

Moskvada biznesmeni qarət edən dəstə ələ keçdi: aralarında azərbaycanlı da var - VİDEO

2019-11-05 13:22:04

Moskvada biznesmeni qarət edən dəstə ələ keçdi: aralarında azərbaycanlı da var - VİDEO

Moskvada iş adamı Aleksey Boqatıryevi qarət edən dəstə ələ keçib. 

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, yolda biznesmenin avtomobilinin qarşısını kəsən şəxslər A.Boqatıryevin maşınından 90 min dollara yaxın pulu götürüb və onu döyüblər.

Bundan sonra dəstə üzvləri hadisə yerindən qaçıblar.  Hadisə oktyabrın 16-da baş verib. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dörd nəfərdən ibarət dəstə saxlanılıb. Dindirilmə zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyənləşib. 

30 yaşlı Əli Şirinov Azərbaycanda doğulduğunu və bir müddət əvvəl Moskvaya gəldiyini bildirib. 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru