Salam, xoş gəlmisiniz.

Növbədənkənar parlament seçkiləri: təşviqat kampaniyası yanvarın 17-də başlayacaq

2019-12-07 14:47:45

Növbədənkənar parlament seçkiləri: təşviqat kampaniyası yanvarın 17-də başlayacaq

Növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Hurriyyet.org xəbər verir ki, bu barədə məsələ MSK-nın təsdiq etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Təqvim planında o da qeyd olunub ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.

MSK-nın Təqvim planına əsasən, Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Onların qeydiyyata alınması isə yanvarın 30-dək başa çatmalıdır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru