Hello, admin.

Növbəti əfv sərəncamı nə vaxt imzalanacaq?

2019-12-02 12:30:59

Növbəti əfv sərəncamı nə vaxt imzalanacaq?

“Bu ilin sonuna qədər əfv sərəncamının imzalanması gözlənilmir”.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərindən biri məlumat verib.

Bildirilib ki, növbəti əfv sərəncamının 2020-ci il Novruz bayramı ərəfəsində imzalanması ehtimal edilir.

“Prezident yanında Əfv Məsələləri Komissiyasının yaxınlarda iclası olmayıb, bu yaxınlarda da keçirilməsi ilə bağlı məlumat yoxdur. Amma Əfv komissiyasının katibliyi işləyir, daxil olan məlumatlar, ərizələr qəbul edilir və onlarla bağlı müvafiq rəylərin alınması işlərini həyata keçirilir, arayışlar hazırlanır”.

Xatırladaq ki, Prezident İlham Əliyev 16 mart 2019-cu ildə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalamışdı. Sərəncam 431 məhkuma şamil olunub.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru