Salam, xoş gəlmisiniz.

NATO TÜRKİYƏYƏ DƏSTƏKDƏN İMTİNA ETDİ - Eldar Sabiroğlu

2019-12-07 14:40:16

NATO TÜRKİYƏYƏ DƏSTƏKDƏN İMTİNA ETDİ - Eldar Sabiroğlu

Bu dəfə ki, NATO sammiti Türkiyə üçün arzuolunan nəticəni vermədi. Müttəfiq ölkələr Suriyanın şimalında, Türkiyənin qapısının ağzında yerləşdirilən YPK kürd silahlı qüvvələrinə qarşı birgə hərbi əməliyyatlar təklifindən imtina etmişlər. Bu haqda məlumat şəxsən Türkiyənin müdafiə naziri Hulisi Akarın özü tərəfindən yayılmışdır. Akar yalnız buraxıldıqlarını acı təəssüflə bildirir.
Məyusedici xəbərdir. Bəli, olduqca məyusedicidir!!! Gəlin bütün günahları NATO-nun belinə yükləməyək. Ərdoğanla bağlı yazılarımda onu müdafiə edəcək çıxışlarım az olmayıb. Buna görə sərt tənqidi qeydlərin sancmalarına çəkilmişəm də. Növbəti kərə palçığa bulaşmaq fikrim yoxdur.
Münasibətlərin gərgin həddə çatmasında son illər Türkiyə cümhurbaşqanı Ərdoğanın NATO üzv ölkələri və demək olar ki, bütünlüklə Avropa ilə kobud siyasi üsluba, ölkəsinin təhlükəsizliyi üçün perspektiv hədəflərdən onu uzaqlaşdırıb Rusiyaya yaxınlaşdırmaq təşəbbüsünə imza atması siyasi tarixi ənənələrə uyğun gəlməyən yeni və təhlükəli vəziyyətləri yaradıb. Türkiyə getdikcə təklənir. Ona da inanmıram ki, günün birində Rusiya Türkiyəni satmasın...

Məntiq deyir ki, NATO bu imtina ilə terrorçu qüvvələrə bundan sonra da dəstəyini əsirgəməyəcəyini ortaya qoydu.Türkiyənin qərb ölkələrilə əlaqələrdə heç bir cümhurbaşqanın Ərdoğan sayaq rəftarını xatırlamıram. Əlbəttə, burada Türkiyəyə qarşı bir sıra aparıcı ölkələrin ədalətsiz mövqeyini də istisna etmirəm. Dövlət rəhbərinin digər dövlət rəhbərini publika önündə aşağılayıcı sözlərlə təhqir etməsi tamamilə yolverilməzdir. Türkiyənin təklənməsində bu faktor da öz əhəmiyyətli təsirini göstərmişdir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru