Salam, xoş gəlmisiniz.

Nazir daha bir generalı vəzifəsindən uzaqlaşdırdı - Baş İdarənin şöbə rəisi də azad edildi

2019-11-05 16:53:16

Nazir daha bir generalı vəzifəsindən uzaqlaşdırdı - Baş İdarənin şöbə rəisi də azad edildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

Hurriyyet.org strateq.az-a istinadən xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. O, eyni zamanda DİN-in rəhbər işçilərindən ibarət məşəvərətçi orqan sayılan Kollegiya üzvlüyündən də çıxarılıb.

Nazirin digər əmriylə, Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenanatı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru