Salam, xoş gəlmisiniz.

Nazir polislərdən arıqlamağı tələb etdi - “Heç kim 100 kiloqramı keçməsin...”

2019-11-25 11:17:12

Nazir polislərdən arıqlamağı tələb etdi - “Heç kim 100 kiloqramı keçməsin...”

Türkmənistan daxili işlər nazirliyinin əməkdaşları hazırda attestasiyadan keçirlər. Qarşıya qoyulan tələblərdən biri əməkdaşların çəkisinin azaldılması ilə bağlıdır. 

Verilən məlumata görə, hüquq-mühafizə əməkdaşlarından tələb olunan odur ki, çəkiləri 100 kiloqramı keçməsin. 

“Azadlıq” radiosunun əməkdaşları ilə danışan polis əməkdaşlarının sözlərinə görə, tələblər sərt şəkildə irəli sürülüb. Xüsusilə, Daxili İşlər Nazirliyinin hazırkı rəhbərinin "yağlı polisləri sevmədiyini" izah edilərək polisə çəkini tənzimləmək üçün bir ay vaxt verilib.

"Şifahi sərəncama uyğun olaraq, bütün polis bölmələrinin işçilərinə xəbərdarlıq edilib ki, dekabrın 25-dək arıqlaya bilməyən hər kəs, rütbəsinə baxmayaraq işdən azad olunması ilə bağlı ərizə yazmağa məcbur ediləcək".

Türkmənistanın Marı şəhərindən gələn xəbərlərdə hazırda yerli polislərin arıqlamaq tələbləri ilə fiziki təlimlərə başladıqları bildirilir. 

"Hər gün Marıdakı Aşqabad küçəsindəki stadionda arıqlamaq tələbi ilə polislərin qaçdığını görmək olar. Bundan başqa polislər futbol və "İlham" sarayındakı idman zalında voleybol oynayırlar", - deyə müxbirlər bildiriblər.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru