Salam, xoş gəlmisiniz.

Nazirlər Kabinetindən yeni qayda - Dövlət Gerbi ilə bağlı

2019-11-09 11:08:27

Nazirlər Kabinetindən yeni qayda - Dövlət Gerbi ilə bağlı

Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydasını təsdiq edib.

Unikal.org-un məlumatına görə, bu qaydaya əsasən, Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycanın 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.

Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir. Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru