Salam, xoş gəlmisiniz.

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir? - “ƏN AZI 10 MİN TRANSGENDER GƏLƏCƏK...”

2019-11-06 13:07:17

On minlərlə homoseksual və müsəlman Ermənistana axın edir? - “ƏN AZI 10 MİN TRANSGENDER GƏLƏCƏK...”

Ermənistana Hindistan və Pakistandan on minlərlə “qeyri-ənənəvi oriyentasiyaya malik indus ” axın edir. Bu, “antierməni layihəsinin” bir hissəsidir.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, belə iddia ilə qarabağlı keçmiş səhra komandiri və generral, hazırda Nikol Paşinyanın bir nömrəli düşməninə çevrilmiş Vitali Balasanyan shame.am portalına müsahibəsində çıxış edib.

“Hazırda Ermənistanı Hindistan pasportu ilə “indus” sifətli adamlar və “kubalılar” başına götürüb. Bu yaxınlarda biz həmin “kubalıların” bir qrupunu Yerevanda, hökumət binasının qarşısındakı Respublika meydanında gördük-onlar transgender-fahişələr idi”,-Balasanyan deyib.

O, qeyd edib ki, KİV-lərin ardınca bu adamların QİÇS-lə xəstə olduğunu müvafiq analizlər aparılmadan iddia edə bilməz. “Amma onlar sözün hərfi mənasında xəstədir, çünki homoseksualistdir və deməli xəstə adamlardır”,-Balasanyan bildirib.

Balasanyanda informasiya var ki, qarşısı alınmasa  “ən azı 10 min belə homoseksual” Ermənistana gələcək. “Və üstəlik daha böyük təhlükə odur ki, Ermənistana axın edən “induslar” mənim informasiyama görə müsəlmandır, onların sayı 30 minə çatır”,-o iddia edib.

Keçmiş səhra komandiri daha da irəli gedərək deyib ki, “onun əldə etdiyi informasiyaya görə” həmin “hindistanlı qastarbayterlərin” ailələri ABŞ-dan gen-bol maliyyələşdirilir və bu da onlara Ermənistanda “qəpik-quruşa işləməyə” imkan yaradır.

“Hazırda Ermənistana eyni zamanda iki axın yönəlib: qeyri-ənənəvi oriyentasiyaya malik olanlar və müsəlmanlar. Siz təsəvvür edirsinizmi ki, Ermənistan üçün 10 min qeyri-ənənəvi oriyentasiyalı və 15 mindən çox müsəlman nə deməkdir?”,-Balasanyan bütün bunların indiki hakimiyyətin əməlləri olduğunu deyərək sual edib.

Onun fikrincə Nikol Paşinyanın hökumətinin bütün hərəkətləri Ermənistan üçün çox təhlükəlidir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru