Salam, xoş gəlmisiniz.

Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat?

2019-12-06 13:04:04

Onları necə təqdim edək - deputat, yoxsa sabiq deputat?

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin V çağırışının buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında SƏRƏNCAM imzalayıb.

Ölkə başçısının dünən imzaladığı sərəncamla 5 dekabr 2019-cu il tarixindən Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxıldı, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edildi.

Bu sərəncam yeni müzakirəyə yol açıb, bəzi suallar doğurub: rəsmən buraxılan Milli Məclisin üzvləri qarşıdakı iki ay müddətində - növbədənkənar seçkilərədək (9 fevral 2020-ci il) necə adlandırılmalıdır – deputat, yoxsa sabiq deputat?

Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlama verib.

“Düzdür, Milli Məclis prezidentin sərəncamı ilə buraxılıb, ancaq səlahiyyətlərinin müəyyən bir qismi saxlanılıb. Hələ ki mandatını itirməyib, yəni deputatlar özləri arzu və istəkləri ilə istefa verməyiblər. İndiki halda hər biri deputat səlahiyyətinə malikdir. Hər hansı bir mövzu üçün deputata müraciət edilsə, yazıda “V çağırış Milli Məclisin deputatı” kimi qeyd edilməlidir”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru