Salam, xoş gəlmisiniz.

Opera və Balet teatrı ilə bağlı daha bir qalmaqal - "Məcnun" roluna görə də pul istəyirlər?

2019-11-14 13:21:05

Opera və Balet teatrı ilə bağlı daha bir qalmaqal - "Məcnun" roluna görə də pul istəyirlər?

Opera və Balet teatrında Məcnun rolunu oynamaq üçün də pul alınması ilə bağlı xəbərlər dolaşır.

Hurriyyet.org xəbər verir ki, Buta.ws bununla bağlı teatrda Məcnun rolunu oynayan əməkdar artist Elnur Zeynalovdan açıqlama alıb:

"Bu günlərdə bizim teatra qarşı şərləmə prossesi başlamışdır. Operanın Məcnunlarından biri olaraq deyə bilərəm ki, bizim teatrda elə bir şey mümkün deyil. Ola da bilməz. Bu qarayaxmadır. Kimlərsə deyir ki, ondan pul istəyiblər, bu həqiqətə uyğun deyil. Teatrımız istedadlı gənclərə hər zaman dəstəkdir. Istedadı olan mütləq səhnəyə çıxır. Yalan sözlərə bir son qoymaq lazımdır", - deyə xanəndə bildirib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru