Salam, xoş gəlmisiniz.

Ölüm riskiniz nə qədərdir? - ALİMLƏR AÇIQLADI

2019-11-14 12:44:15

Ölüm riskiniz nə qədərdir? - ALİMLƏR AÇIQLADI

Ürək döyüntüləri ilə ölüm riskini təxmin etmək üçün sinir şəbəkəsi hazırlanıb.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, 1 il ərzində ölüm riskini təxmin edən süni zəka ərsəyə gətirilib.

Pensilvaniyada yerləşən "Geisinger" Səhiyyə Sistemində Brendon Fornvoltun rəhbərlik etdiyi tədqiqatçılar, 1.8 milyon elektrokardioqramın (EKQ) ürək müayinəsinin nəticələrini öyrənmək üçün maşın təlim modellərindən istifadə edib.

Süni sinir şəbəkəsi, həkimlərin heç bir problem tapmadığı təqdirdə, ürək döyüntülərini analiz edərək bir il içində ölmə ehtimalını proqnozlaşdırmağa imkan verib.

Süni zəka elektrokardioqram məlumatları əsasında hazırlanıb. Yəni tədqiqatçılar hər bir pasientdən əldə ediləcək nəticəni əvvəlcədən bilirdilər.

Tədqiqat qrupu araşdırma nəticələrini bu ayın sonunda Amerika Ürək Dərnəyinin Filadelfiyada keçiriləcək sessiyasında təqdim edəcək.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru