Ölkədə islahatları əngəlləyən məmurlar kimlərdir? - Tanınmış cərrah ölkə başçısının tapşırığına qarşı çıxan məmurlardan yazır…

Ölkədə islahatları əngəlləyən məmurlar kimlərdir? - Tanınmış cərrah ölkə başçısının tapşırığına qarşı çıxan məmurlardan yazır…

Ətrafınızda olan bəzi məmurlar tərəfindən Sizə düzgün məlumat verilmir. Hazırda ölkəmizdə çox acınacaqlı vəziyyət yaranmışdır. Heç bir qanun işləmir, hətta Sizin verdiyiniz fərman və sərəncamlar məmurlar tərəfindən yerinə yetirilmir. Nəticədə vətəndaşlar arasında dövlətə qarşı narazılıqlar kütləvi sürətdə artır, dövlətə qarşı inamsizlıq yaranır…

Azərbaycanda yeni tikilmiş səhiyyə müəssələrini dünya səviyyəsində nümünə kimi göstərmək mümkün olsa da, təəssüf ki, onun daxili təchizatı utanc bir səviyyədədir. Dövlət xəstəxanalarında pambıd, bint, şpris, təzyiq ölcən aparatlar, qlükometr, qanda oksigeni və ürək ritmini ölçən cihazlar yoxdur və ya kifayət sayda deyildi…

“Regal” MTK tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən Q.İskəndərov yazır:

Картинки по запросу Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü

“Xəbər verildiyi kimi, oktyabr ayının 15-də ölkə Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib, burada 9 ayın yekunları (sosial – iqtisadi ) ilə bərabər iqtidarda təmsil olunan bəzi məmurlar haqqında haqllı olaraq tənqidi fikirlər söylənilib.

Möhtərəm Prezident!

Öncə Sizə bildirim ki, ətrafınızda olan bəzi (Yeni Azərbaycan Partiyasının üzvləri) məmurlar, hətta səlahiyyətli orqanlar tərəfindən Sizlərə düzgün məlumatlar verilmir. Hazırda ölkəmizdə çox acınacaqlı vəziyyət yaranmışdır. Heç bir qanun işləmir, hətta Sizin verdiyiniz fərman və sərəncamlar məmurlar tərəfindən yerinə yetirilmir. Nəticədə vətəndaşlar arasında dövlətə qarşı narazılıqlar kütləvi sürətdə artır, dövlətə qarşı inamsizlıq yaranır.

Bunları özüm haqqında son 3 ildə apardığım mübarizəni, konstitusion hüqüqlarımın bərpa olunmasına çalışmağımı və buna nail olamamağımı göstərə bilərəm.

Möhtərəm Prezident !

Mən Sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya bir ay ərzində 40-a yaxın teleqram, məktub və media vasitəsilə  müraciət ünvanlamışam. Təəssüflər olsun ki, bu günə qədər nə müsbət, nə də mənfi cavab almamışam. Ona görə ki, bu müraciətlər Sizdən gizlədilir, həm də Prezidentin bu müraciətləri oxuması geyri-mümkündür.

Sizə bir ay öncədən bəzi məmurların tutduğu vəzifələrə layiq olmadığı haqqında müraciətlərimdə yazmışdım. Hazırda mən Azərbaycanda çalışmasam da, bir həkim kimi Azərbaycanın səhiyyəsindən də yan keçə bilmirəm. Azərbaycan Respublikasında, Siz və Birinci vitse-prezident tərəfindən yeni tikilmiş səhiyyə müəssələrini dünya səviyyəsində nümünə kimi göstərmək mümkün olsa da, təəssüf ki, onun daxili təchizatı utanc bir səviyyədədir. Dövlət xəstəxanalarında pambıd, bint, şpris, təzyiq ölcən aparatlar, qlükometr, qanda oksigeni və ürək ritmini ölçən cihazlar yoxdur və ya kifayət sayda deyildir. Bu siyahını davam etdirsəm, bir internet portalında yerləşdirmək olmaz.

Cənab Prezident!

Mən Avropada, ərəb ölkələrində və keçmiş sovet ölkələrində çalışmışam. Sizi və bütün vətəndaşlarımızı əmin edə bilərəm ki, hazırda Azərbaycanda dünya səviyyəsində əməliyyat edə biləcək cərrahlarımız vardır. Lakin Səhiyyə Nazirliyinin apardığı səhv, bağışlanılmaz kadr siyasəti, səhv təchizat  və düzgün olmayan təkmilləşmə siyasəti səhiyyəni pis günə qoymuşdur. Səhiyyənin strukturunda yeniliklər aparılması zəruridir. Yəni Amerika kəşf etməyə ehtiyac yoxdur, ona görə ki, Xristofor Kolumb artıq Amerikanı kəşf etmişdir.

Siz ASAN Xidməti bir model kimi yaratdınız, bu, təqdirəlayiqdir. Bu ASAN Xidmət Avropa ölkələrində poçtlarda mövcuddur. Lakin Siz bunların hamısından üstün bir model yaratdınız və bu model digər ölkələrə nümünə kimi göstərilə bilər. Mən də Azərbaycanda Həkimlər birliyini yaratmaq təklifi ilə çıxış edirəm və bu model də bir çox ölkələrdə vardır. Mən də bunların əsasında yeni bir model yaratmaq iqtidarındayam. Bu model yaradılarsa, həm bütün həkimlərin xeyrinə, pasiyentlərin (xəstələrin ) xeyrinə və nəticədə Azərbaycan dövlətinin, vətəndaşların xeyrinə olacaqdır. Bu model (qrum, birlik ) yaradılarsa, həkim və xəstələr arasinda olan bütün narazılıqlara son qoyulacaq. Hüqüq mühafizə orqanlarının, səhiyyə tərəfdən yükü azalacaq, vətəndaşlarımız düzgün ixtisaslaşmış tibbi yardım alacaqdır.

Dövlət tərəfindən mənə dəstək göstərilərsə, bu model barədə çalışmağa hazıram. Onu da bəyan edim ki, bu qrum siyasətlə əlaqəsi olamayan və Səhiyyə Nazirliyinin kadr işlərinə  qarışmayan, əksinə nazirliyinə çox böyük yardımı olan bir mötəbər qrum olacaqdır. Bu işlərə başlamaq üçün oncə  səhiyyənin strukturunda tamamilə dəyişiklik aparılmalıdır. Və bunala əlaqədar yaradılacaq işçi qrupa öz tövsiyələrimi verəməyə hazıram və inaniram ki bu işi bilən həkimlərimiz də çoxdur.

Hörmətli Prezident!

İndi isə Azərbaycan Respublikası Prezidentinin fərman və qərarlarını, Nazirlər Kabinetinin qərarlarını yerinə yetirməyən, hətta bu fərman və qərarların əksinə hərəkət edən məmurların bəzilərinin adlarını Sizlərə təqdim edirəm: Nəsimi Rayon İcra başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov. Baş prokuror Zakir Qaralov, Bakı Şəhər prokuroru İlqar Abbasov, Nəsimi rayon prokuroru Salman Məmmədli, müavini Rauf Qasımov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, hakimlər (Pərviz Hüseynov,  Əli Rüstəməv, Əhməd Nurməmmədov, İsmayil Xəlilov,  Abiddin Hüseynov, Fuad Talışinski, Zaur Əliyev, Rəfael Eyvazov, Əflatun Qasımov, Əmir Bayramov, Namiq Məmmədov ), Binəqədi Rayon polis İdarəsinin rəisi Musa Musayev, Nəsimi rayon Polis idarəsinin rəis müavini Oruc Əmiraslanov. Səhiyyə Naziri Oktay Şirəliyev, millət vəkili Əsabil Qasımov. Bu siyaninı daha da artırmaq olar, amma məncə, kifayətdir.

Möhtərəm Prezident!

Bizim ölkə Türkiyə qədər boyük deyil, həm də indi o zaman deyil (Sultan Süleyman dövrü, Abdülhəmid dövrü , o zamanlar onlar öz libasını dəyişib bazarlara, çayxanalara və məhkəmələrə getmişlər), üstəlik Sizi uşaqdan tutmuş böyüyə qədər hər bir Azərbaycan vətandaşı tanıyır. Lakin bu missiyanı səlahiyyətli orqanların nümayəndələri yerinə yetirə bilər. Müvafiq orqanlar da Sizə düzgün məlumat vermir. İndi yüksək texnologiyalar əsridir və bu da Azərbaycanda  geniş tətbiq (internetdə media, polis, prokurorluq və məhkəmə salonlarinda , qəbul otaqlarında  kameralar yerləşdirilib) edilmişdir. Nə qədər ki, yuxarıda adları çəkilən və adları çəkilməyən məmurlar layiq olmadığı kreslolarda oturacaq, onlar həm Sizlərə , həmdə Azərbaycanın imicinə ləkə gətirəcəklər”.

Hazırladı: İ.SABİRQIZI