Salam, xoş gəlmisiniz.

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi - YEREVANDA QAPALI GÖRÜŞ

2019-11-07 16:47:09

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi - YEREVANDA QAPALI GÖRÜŞ

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə Mənim Addımım Blokunun deputatları ilə görüşüb.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Joxovurd” öz mənbələrinə istinadən yayıb. Görüş noyabrın 5-də qapalı rejimdə baş tutub.

Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Ermənistanla qondarma Qarabağ rejimi münasibətləri, cəbhənin təmas xəttindəki vəziyyət olub. Deputatlar Paşinyandan həmçinin Vitali Balasanyanın son bəyanatları barədə də soruşublar.

Paşinyan deputatlara cavabında Ermənistanla “Qarabağ arasında” heç bir gərginliyin olmadığını, cəbhədə vəziyyətin sakit olduğunu deyib. O, həmçinin, Ermənistanın 2020-ci ildə qondarma rejimdəki seçkiyə qarışmayacağını söyləyib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru