Salam, xoş gəlmisiniz.

Paşinyan Qarabağda Azərbaycana qarşı alınmış yeni silahlara baxdı - FOTOLAR

2019-12-02 12:07:24

Paşinyan Qarabağda Azərbaycana qarşı alınmış yeni silahlara baxdı - FOTOLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri davam edir.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir  ki, Paşinyan ötən gün Qarabağdakı işğalçı qüvvələrin kəşfiyyat xidmətinə alınmış yeni silahlarla tanış olub.

Bu silahlar arasında snayper, avtomat, rabitə vasitələri və s. olub.

Bundan başqa, separatçı rejimin rəhbəri Bako Saakyan və yerli siyasi liderlərlə görüşən Ermənistan baş naziri sərt çıxışlar edib. O, Qarabağda 2020-ci ilin martında baş tutacaq "prezident seçkiləri"nin insidentsiz keçirilməsi ilə bağlı "Qarabağ klanı"na xəbərdarlıq edib.  

Xatırladaq ki, Paşinyan noyabrın 30-da gözlənilmədən Qarabağa səfər edib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru