Prezident Xalq artistinə ev verdi

Prezident Xalq artistinə ev verdi

“Bu gün hər zaman sənətə, sənətkara dəyər verərək xalqın sevgisini, rəğbətini qazanmış cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, tarzən, Gəncə şəhərində 50 il bundan öncə "Göygöl" ansamblının yaradıcısı və Gəncə Dövlət Filarmoniyasının yaranmasında müstəsna xidmətləri olan Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin edib”.

Hurriyyet.org xəbər verir ki, bunu Fikrət Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova sosial şəbəkədə yazıb. O, ölkə prezidentinə təşəkkürünü bildirib:

"Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk".