Salam, xoş gəlmisiniz.

Putin Allahşükür Paşazadəni TƏLTİF ETDİ

2019-11-14 15:11:04

Putin Allahşükür Paşazadəni TƏLTİF ETDİ

Rusiya Prezidenti Vladimir Putin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni ölkəsinin Fərqlənmə Nişanı ilə təltif edib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Rusiyanın ali dövlət mükafatını Allahşükür Paşazadəyə təqdim edib.

Bildirilib ki, A. Paşazadə tolerantlıq və dözümlülüyün artırılması, habelə dini və mədəni sahədə xalqlar arasında etimad mühitinin yaradılması üçün göstərdiyi səylərə görə təltif olunub.

V. Putin Allahşükür Paşazadəyə təbrik məktubu da ünvanlayıb.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru