Salam, xoş gəlmisiniz.

Putin NATO-nun planından danışdı: “NARAHATIQ”

2019-11-22 18:35:06

Putin NATO-nun planından danışdı: “NARAHATIQ”

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin NATO-nun hərbi sahədə kosmosdan istifadə eləməsi yolunda fəaliyyətindən narahat olduqlarını bildirib.

Putin Təhlükəsizlik Şurasının iclasında NATO ilə ABŞ-ın hərbi fəaliyyətindən bəhs edib.

ABŞ-ın Orta Mənzilli Nüvə Gücü Müqaviləsini (INF) pozması ilə silahlanmaya nəzarət mexanizminə zərbə vurduğunu bidirən Putin deyib: “INF-dəki raket modellərinin dünyanın müxtəlif yerlərinə yerləşdirilməsi istiqamətindəki təhdidlər gərginliyi artırıb”.

Putin NATO-nun ölkəsinin sərhədləri yaxınlarında hərbi-siyasi qüvvəsini gücləndirdiyini diqqətə çatdırıraraq deyib: “NATO-nun hərbi sahədə kosmosdan istifadə edilməsi istiqamətindəki cəhdləri bizi narahat edir. Bu şəraitdə  beynəlxaq aləmdəki dəyişiklikləri təhlil edərək, əldə edilən nəticələr zəminində hərbi sahədəki potensialımızı inkişaf etdirmək bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü verdiyi açıqlamada bildirmişdi: “Kosmosun hava, quru, dəniz və kiberaləmlə yanaşı, yeni əməliyyat meydanı olmasını qərara aldıq”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru