Salam, xoş gəlmisiniz.

Putin Zelenski ilə anlaşdı - Borc əvəzinə qaz veriləcək

2019-12-10 17:11:04

Putin Zelenski ilə anlaşdı - Borc əvəzinə qaz veriləcək

 “RBC” agentliyi yazır ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “normand dördlüyü” liderləri arasında baş tutan görüşün yekunlarına həsr edilmiş birgə mətbuat konfransında deyib.

“Məşhur uşaq şeiri yadınızdadır: “Bizim mənzildə qaz var. Bəs sizdə?” Sizdə də olacaq, bəlkə də, bu gün sənaye istehlakçısının əldə etdiyi qiymətdən 25% ucuz oldu”, - deyə Putin qeyd edib. 

Prezident söhbətin ilk növbədə sənaye istehlakçılarından getdiyini dəqiqləşdirib. Belə ki, məişət istehlakçısı üçün qazın qiymətində dotasiya edilir.

“Dotasiya edilən qiymətə endirim edə bilmərik. Bu, adi iqtisadi məntiqdir”, - deyə o aydınlıq gətirib.

Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Putinlə danışıqların yekunlarına dair rus qazının Ukrayna vasitəsilə Avropaya tranzitinin davam etdirilməsi məsələsində mühüm qərarlar qəbul edilib.

“Məsələyə toxunduq. Mənə elə gəlir ki, bu müzakirəni hələ təzə başlamışıq. Bu sahədə mühüm qərarlar qəbul etdiyimizi düşünürəm”, - deyə Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, sonrakı müzakirələr, o cümlədən tədarükün formatı və qazın qiyməti ilə bağlı müzakirələr müşavirlər tərəfindən həyata keçiriləcək.

Birgə mətbuat konfransından sonra Zelenski jurnalistlərlə ayrıca görüşüb. Ukrayna lideri qeyd edib ki, “Naftoqaz”-“Qazprom” mübahisəsində 3 milyard dollarlıq kompensasiya məsələsini aradan qaldırmaq mümkün olub.

“Ukraynanın mövqeyi çox sadədir: biz qazla almağa hazırıq”, - deyə o bildirib.

Bundan başqa, Zelenski ilin sonunda qüvvədən düşən tranzit sazişinin müddətinin uzadılacağını vurğulayıb. Prezident 10 illik müqavilənin imzalanmasında israr etdiyini bildirib.

Tranzit müqaviləsinin müddəti dekabrın 31-i başa çatır. “Qazprom” “Naftoqaz”-a ya mövcud müqaviləni uzatmağı, ya da beynəlxalq arbitraj məhkəməsindən iddiaları geri çəkməklə bir illik yeni müqavilə imzalamağı təklif edib. Ukrayna belə bir təklifin qəbuledilməz olduğunu qeyd edib. Noyabrın sonu məlum olub ki, “Naftoqaz” 3 milyard dollarlıq borcun və kompensasiyanın ödənilməsi şərti ilə 12 milyard dollarlıq iddiadan imtina etməyi “Qazprom” ilə müzakirə etməyə hazırdır. /xpressa.net/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru