Salam, xoş gəlmisiniz.

Qarabağ separatçıları xarici ölkələrdə səfirlik açmağı planlaşdırır - TƏXRİBAT

2019-12-03 12:05:10

Qarabağ separatçıları xarici ölkələrdə səfirlik açmağı planlaşdırır - TƏXRİBAT

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejim indi də dünyanın fərqli ölkələrində səfirlik və nümayəndəliklər açmağı planlaşdırır.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan bildirib.

O, “parlament”də çıxşı zamanı bir neçə ölkə və regionun adını çəkib.

“Nümayəndəliklərimizin coğrafiyası genişlənməlidir. Prioritet olaraq Cənubi Amerika, Kipr və Yunanıstana baxırıq. Xatırladım ki, diaspor üzvləri bizim nümayəndəlik açmaq xərclərinin bir qismini qarşılayacaq”-deyə Mailyan söyləyib.

Mailyan gələn il Şuşanın Gövhər Ağa məscidinin ərazisində İran-Ermənistan elmi-mədəni mərkəzinin inşa olunacağını da əlavə edib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru