Salam, xoş gəlmisiniz.

Qarabağa qanunsuz səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? – STATİSTİKA

2019-11-21 14:17:12

Qarabağa qanunsuz səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? – STATİSTİKA

Azərbaycanın rəsmi xəbərdarlıqlarına baxmayaraq işğal altındakı torpaqlara xarici ölkə vətəndaşlarının səfərləri davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma Qarabağ rejiminin “Milli Statistika Xidməti” iyun-sentyabr aylarında regiona gələn əcnəbi turistlərlə bağlı hesbat yayımlayıb. “Qurum”un sədri müavini Susanna Arutunyan iyundan sentyabr ayına qədərki dövrdə Qarabağa gələn 8243 əcnəbi vətəndaşın anket məlumatlarını dəqiqləşdirdiklərini bildirib.

“Qarabağı 41 ölkədən gələn turist ziyarət edib. Onlar arasında Ermənistan, Rusiya, ABŞ və İtaliya pasportuna malik şəxslər üstünlük təşkil edir. Tədqiqatlar turistlərin 47%-nin buna qədər heç vaxt Qarabağa gəlmədiyini də söyləyib”.

Xatırladaq ki, separatçı rejim bundan öncə, 2019-cu ilin ilk 6 ayında işğal alıtndakı bölgəyə 12 606 xarici vətəndaşın gəldiyini söyləmişdi. Analoji dövrdə 17 yeni turizm obyekti də isitfadəyə verilib. 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru