Qızının nişanına hazırlaşan qadın faciəli şəkildə öldü - bıçaq boğazına batdı

Qızının nişanına hazırlaşan qadın faciəli şəkildə öldü - bıçaq boğazına batdı

Qızının nişanına hazırlaşan qadın ehtiyatsızlıqdan aldığı xəsarətdən dünyasını dəyişib.

Hurriyyet.org musavat.com -a istinadən xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində baş verib.

35 yaşlı Rəşadət Əliyeva yaşadıqları mənzildə pilləkandan yıxılıb. Bu zaman əlində olan bıçaq onun boğaz nahiyyəsinə batıb. Məlumata görə, boğazına batan bıçaq Əliyevanın sifət nahiyəsindən çıxıb.

Dərhal Bakıya gətirilən Əliyeva əməliyyat olunub. Bir neçə gün komada qalan Əliyeva bu gün dünyasını dəyişib.

Məlumata görə, Əliyeva qızının nişan mərasiminə hazırlaşırmış.