Salam, xoş gəlmisiniz.

Qlobal enerji tələbatı 2040-cı ildə 34% artacaq - NEFTƏ TƏLƏBAT YÜKSƏLƏCƏK

2019-11-14 14:41:42

Qlobal enerji tələbatı 2040-cı ildə 34% artacaq - NEFTƏ TƏLƏBAT YÜKSƏLƏCƏK

Hurriyyet.org xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin “2019 Dünya Enerji Proqnozu Hesabatı” na görə, qlobal enerji tələbatı 2040-cı ildə təqribən 19,2 milyard ton (2018-ci il ilə müqayisədə 34% artaraq, 19 milyard 177 milyon ton) neft ekvivalentinə bərabər olacaq.

Hesabata görə, ötən il qlobal enerji tələbi 14 milyard 314 milyon ton neft ekvivalentinə bərabər olub.

2040-cı ildə ən böyük tələbat Çin başda olmaqla ( 8 milyard 208 milyon ton neft ekvivalentinə bərabər) Asiya-Sakit okean hövzəsi ölkələrində olacaq. Ardından gələn Şimali Amerikanın ehtiyacı 2 milyard 686 milyon ton neft ekvivalentinə bərabər olacaqdır.

Avropanın isə enerji tələbatı 2040-cı ilə qədər 530 milyon ton neft ekvilalentinə bərabər ölçüdə azalacaq. Bu azalmaya rəğmən, Asiya-Sakit okean və Şimali Amerikanın ardından 1 milyard 723 milyon ton neft ekvivalenti qədərində tələbatla Avropa siyahıda üçüncü böyük region olacaqdır.

Afrikanın tələbatı 1 milyard 318 milyon ton, Yaxın Şərq regionunun tələbatı isə 1 milyard 206 milyon ton neft ekvivalentinə bərabər olacaqdır.

Neftə tələbat artacaq

Qlobal enerji mənbələri arasında ən yüksək tələbat yenə də neftə olacaq. Ötən il ortalama 96,9 milyon barrel olan gündəlik qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə yüksələcək.

Qlobal neft tələbatı siyahısında birinci yeri Asiya-Sakit okean regionunun (gündəlik 39,2 milyon barrel neft ehtiyacı), ikinci yeri isə Şimali Amerikanın (gündəlik 19,1 milyon barrel) tutacağı proqnozlaşdırılır.

Qlobal neft istehsalının 2040-cı ildə gündəlik 106,4 milyon barrelə çatması gözlənilir. İstehsal edilən neftdə OPEC-in payının 39% olacağı təxmin edilir.

2040-cı ildə neftə tələbat 25% (5,626 milyard ton neft ekvivalentinə qədər), qaza tələbat 48,1% (4,847 milyard ton neft ekvivalentinə qədər), kömürə tələbat 17,2% (4,479 milyard ton neft ekvivalentinə qədər) artacaq.

 Dünya enerji balansında neftin payı 31,4%-dən 29,3%-ədək azalacaq, qazın payı 22,9%-dən 25,3%-ə qədər artacaq, kömürün payı 26,7%-dən 23,4%-ə düşəcək.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru