Salam, xoş gəlmisiniz.

"15 il əvvəl bildim ki, ulu babam azərbaycanlıdır " - VİDEO

2019-11-18 18:13:16

"15 il əvvəl bildim ki, ulu babam azərbaycanlıdır " - VİDEO

“Əvvəl babam haqqında xəbərim vardı, amma təsəvvürümə gətirə bilmirdim ki, o, Azərbaycan milləti-xalqı üçün bu qədər önəmli bir şəxsiyyətdir”.

Hurriyyet.org xəbər verir ki, bunu report-a müsahibəsində Bakıda səfərdə olan Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

Onun sözlərinə görə, Azərbaycana akademik İsa Həbibbəyli və Mədəniyyət Nazirliyinin dəvəti ilə gəlib: “Gəldiyim üçün məmnunam. Mən Polşada anadan olmuşam və 35 ildir orada yaşayıram. Uşaq vaxtı İrana köçdük və həyatımın 14 ilini Tehranda yaşadım. Polşada böyük bir firmada mühəndis vəzifəsində işləyirəm. Bəzi qohumlarımızla əlaqə saxlayıram. Onların bəziləri İrlandiyada yaşayır. Amma əksəriyyəti ilə, əsasən də, İranda yaşayanlarla əlaqəm yoxdur. Azərbaycana çoxdan gəlmək istəyirdim. Hardasa 15 il əvvəl bildim ki, mənim ulu babam azərbaycanlıdır və Azərbaycanda görkəmli şəxsiyyət olub. Təəssüflər olsun ki, indiyə kimi gələ bilməmişəm”.

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru