"19 oktyabr mitinqinin keçirilməsində bəzi məmurların rolu var" - DEPUTATDAN ŞOK AÇIQLAMA

"19 oktyabr mitinqinin keçirilməsində bəzi məmurların rolu var" - DEPUTATDAN ŞOK AÇIQLAMA

Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyaya rəylər gəlməkdə davam edir. Burada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə "Yeni Müsavat"a açıqlamasında bildirib ki, Qərb barədə deyilənlərlə razılaşmır: “Düşünmürəm ki, bu, Qərbin əli ilə həyata keçirilən bir hadisədir. Burada mənə elə gəlir ki, daha çox ölkədəki dəyişikliklərdən qorxan qüvvələrin rolu var. Bu prosesin arxasında istisna deyil ki, hansısa daxili qüvvələr durur. Keçmiş və indiki bəzi məmurların bu proseslərdə rollarının olduğu daha real görünür. Qərbin bu proseslərə insan hüquqları kontekstindən yanaşdığını istisna etmirəm. Hazırda bu tipli hadisələr Avropada acınacaqlı formada baş verdiyi üçün Azərbaycana qarşı çətin ki, istifadə edə bilərlər. Orada hüquq-mühafizə orqanları çox kobud formada insan hüquqlarını pozurlar. Düşünürəm ki, Qərbin başı özünə qarışdığına görə Azərbaycanla bağlı onların planlarını görmürəm”.
Картинки по запросу Asim Mollazadə
Deputat bu olaylarda Rusiya izinin olduğunu istisna etmir: “Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrin burada rolu ola bilər. Müstəqil Azərbaycan və onun həyata keçirdiyi strategiya bir sıra qüvvələrin, eləcə də keçmiş SSRİ-nin bərpasını, yaxud da islam inqilabının ixracını istəyənlərin təsirləri mümkündür”.

Hurriyyet.org