Salam, xoş gəlmisiniz.

"Amma “məşhur” dayısı olan cavabdeh məni açıq aşkar təhdid edib..." - GİLEY

2019-11-04 16:52:20

"Amma “məşhur” dayısı olan cavabdeh məni açıq aşkar təhdid edib..." - GİLEY

Şamaxı rayonun Ovçulu kəndində yaşayan İddiaçı Hüseynov Heydər Ənvər oğlu Ədliyyə Naziri Fikrət Məmmədova şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də Dia.az-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli nazir cənab Fikrət Məmmədov! Əvvəlcə Goranboy Məhkəməsinin hakimi cənab Samir Mayılova dərin təşəkkürümü bildirmək istəyirəm ona görə ki, hakim mənim kimi adı bir kasıb adamın , arxasında milyarder doğma dayısı ( Şərurlu İsfəndiyar) olan cavabdeh Əliyev İlhama qarşı iddiasını təmin etmiş və ədalətli qətnamə qəbul etmişdir. Amma “məşhur” dayısı olan cavabdeh məni açıq aşkar təhdid etmişdir ki, imkan verməyəcəm ki, qətnamə icra olunsun. O bu barədə küçə öz əxlaq və mədəniyyətinə uyğun küçə söyüşü ilə and qoyaraq təsdiq etmişdir. Ona görə də məcbur olub şəsxən Sizə müraciət etmək zorunda qaldım ki, mənim iddiam üzrə çıxarılmış 21 iyun 2019-cu il tarixli qətnamənin icra olunması üçün Goranboy İcra Şöbəsinə göndərilsə də İcra şöbəsi qəsdən süründürməçilklə məşğuldur. Belə ki, Oktyabrın əvvəlində cavabdehin faktiki yaşadığı yer olan Binəqədi rayonunu bəhanə edərək İcra vərəqini oraya göndərmişlər. Binəqədi İcra şöbəsindən də Göranboy İcra şöbəsinə Qanunlarımızı başa saldıqdan sonra təzədən icra vərəqini icra olunması üçün Goranboy İcra Şəbəsinə göndərmişlər. İndi də Goranboy İcra Şöbəsindəki bürokrat və süründürməçilər mənə bildirirlər ki, qarşı tərəf olan İlham Iliyev bizə telefonla bildirir ki, guya o Goranboy məhkəməsindən xəbərsiz olub. Ona görə də məhkəmə qətnaməsini icra etmək istəmir.

Budur, Goranboy İcra Şöbəsi açıq-aşkar qanunlarımıza sayöısızlıq göstərir. Və tərəfin bu sözünü əsas tutub məhkəmə qətnaməsini icra etmək istəmir. Digər tərəfdən bildirmək istəyirəm ki, 6 ay davam edən Goranboy Rayon Məhkəməsində hakimin köməkçisi dəflərlə İlhamla telefon əlqaəsi saxlayaraq onu məhkəməyə dəvət etməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Və hakim də Qiyabi Məhkəmə qətnaməsi qəbul etmişdir. Buna baxmayaraq Goranboy İcra Şöbəsi qarşı tərəflə sövdələşərək məhkəmə qətnaməsini icra etməkdən yayınır.

Cənab nazir Fikrət Məmmədov xahiş edirəm məsləmi şəxsi nəzarətinizdə saxlayasınız və Goranboy İcra məmurunu başa salasınız ki, dövlətin adından qəbul edilmiş istənilən məhkəmə qətnaməsi icra olunmalıdır. Əvvəlcədən təşəkkürlər".

Qarşı tərəfi də dinləməyə hazırıq...


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru