Salam, xoş gəlmisiniz.

"Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim" - Cəlil Məmmədquluzadənin nəticəsi

2019-11-18 12:38:12

"Babamın Azərbaycanda bu qədər əhəmiyyətli şəxs olduğunu bilmirdim" - Cəlil Məmmədquluzadənin nəticəsi

"Cəlil Məmmədquluzadə haqqında məlumatım olsa da, onun Azərbaycanda bu qədər əhəmiyyətli və sevilən şəxs olduğunu bilmirdim".

Hurriyyet.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəlil Məmmədquluzadənin Bakıya qonaq gələn nəticəsi Martin Cavanşiri deyib.

O bildirib ki, C.Məmmədquluzadən ev muzeyinin təmirdən sonra açılışında iştirak etmək onun üçün ifadə olunmaz bir hissdir: "Ümumiyyətlə, Azərbaycanda ilk dəfədir səfərdəyəm. Ümid edirəm, səfərimiz davamlı olacaq. Mən Azərbaycana heyran oldum. Azərbaycan haqqında təəssüratlarım belədir ki, ölkə həm müasirdir, həm də ənənələrə, mədəniyyətə bağlı olan ölkədir".

M.Cavanşiri yaşadığı Polşada mühəndis işlədiyini bildirib./report/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru