Salam, xoş gəlmisiniz.

"Bratislava görüşündə heç bir ciddi nəticə əldə edilmədi" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2019-12-05 11:49:04

"Bratislava görüşündə heç bir ciddi nəticə əldə edilmədi" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

"Azərbaycan Ermənistanın yeni hakimiyyətindən konstruktiv mövqe gözləməməli, Rusiya ilə danışıqları intensivləşdirməlidir"

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Bratislava görüşündə heç bir ciddi nəticə əldə edilmədi. Sadəcə tərəflər gələn ilin əvvəlində görüşəcəklərini razılaşdılar". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, prinsip etibarı ilə Ermənistan humanitar aksiyalarda razılaşmalı və azərbaycanlı girovlar Dilgəm Əsgərov və Şahbaz Quliyevi azad etməli idi: "Çünki bu istiqamətdə ciddi danışıqlar aparılmışdı. Rəsmi İrəvan bu razılaşmada maraqlı olmadı. Danışıqlarda iki girovumuzu qaytarmayan Ermənistan torpaqları heç qaytarmayacaq. Göründüyü kimi, il ərzində aparılan danışıqlarda Ermənistan tərəfi qəti şəkildə etimad mühitinin formalaşması üçün humanitar aksiyanın nəticəsi olan əsirlərin "Hamıya-hamıya" prinsipi ilə razılaşmadı. Demək, Ermənistan bundan sonra da yalnız manipulyasiyanı özündə ehtiva edən jurnalistlərin qarşılıqlı səfərlərində maraqlı olacaq".

Politoloq hesab edir ki, Rusiya tərəfi də əsirlərin dəyişdirilməsində maraqlı görünmədi: "Bratislava görüşü danışıqları irəliyə aparmaq üçün bir şans idi. Hətta Elmar Məmmədyarov qeyd etmişdi ki, bu görüşdə və masada olan sənədlərlə Ermənistanın substantiv danışıqlarda maraqlı olub-olmaması aydın olacaq. Məhz cənab Məmmədyarov bunu xüsusi vurğulamışdı ki, bu görüşdə danışıqlarda Ermənistan tərəfinin mövqeyi tam aydın olacaq. Mən Cənab Elmar Məmmədyarova sual verirəm. Cənab Məmmədyarov Ermənistan tərəfi bu görüşdə danışıqlarda real irəliləyişə aparan danışıqlara razılaşdı? Yoxsa, bu görüşdə digər görüşlər kimi Ermənistan tərəfi manipulyasiya edəcək? Yenidən belə bir məzmunsuz görüşlərə ehtiyac var? Ermənistan hakimiyyəti danışıqlarda maraqlı deyil. Azərbaycan Ermənistanın yeni hakimiyyətindən konstruktiv mövqe gözləməməli, Rusiya ilə danışıqları intensivləşdirməlidir. Artıq Rusiyadan yeni silahların alınması barədə razılıq əldə edilib. Azərbaycan artıq növbəti ildən yeni inkişafa doğru siyasi-iqtisadi dəyişikliklər gedir. Ordunun döyüş imkanları yüksək səviyyədədir. Danışıqlar prosesi gələn ildən Ermənistan üçün manipulyasiya olmayacağı gözlənilir. 2016-cı ildə olduğu kimi cəbhədə aktivlik artacaq. İşğalçı ölkə üçün gələn il limitin bitməsidir. Azərbaycan 2016-cı ildən bəri danışıqlarda kifayət qədər maraqlı olduğunu bildirib və Ermənistana vaxt tanıdı. Nəticə isə sıfır. Azərbaycan hazırkı vəziyyətlə barışmayacaq. Ermənistan tərəfi atdığı addımlarla silahların gələn ildən işə düşməsini yaxınlaşdırır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru