Salam, xoş gəlmisiniz.

"Bu yolda "təcili yardım" maşınında xəstə də ölüb" - 4 rayonu birləşdirən yol bərbad vəziyyətdədir

2019-11-12 19:00:16

"Bu yolda "təcili yardım" maşınında xəstə də ölüb" - 4 rayonu birləşdirən yol bərbad vəziyyətdədir

Kürdəmir, Ağdam, Zərdab və Ağcabədi rayonlarını birləşdirən Kürdəmir-Zərdab avtomobil yolu keçilməz hala düşüb. Bu da mütəmadi olaraq həmin yoldan istifadə edən sakinləri narahat edir.

Yerli sakinlərin verdiyi məlumata görə, vaxtilə keçmiş Nəqliyyat Nazirliyinin balansında olan bu yol 3 il bundan əvvəl nazirlik tərəfindən əsaslı təmir olunub:

"Tələm-tələsik təmirdən çıxan yol nişansız, işarəsiz istifadəyə verildi. Üstündən bir neçə ay keçməmiş yolda nə təmirdən, nə də asfaltdan əsər-əlamət qalmadı. Yol tamamilə sıradan çıxaraq əvvəlki yararsız vəziyyətini aldı. Bu yolun bərbad vəziyyətdə olması səbəbi ilə ötən il "təcili yardım" avtomobilə ilə  Zərdab Rayon Mərkəzi Xəstəxanasından (RMX) Kürdəmir RMX-ə gətirilən xəstə yolda ölüb. Bundan başqa burada tez-tez yol-nəqliyyat hadisələri baş verir". 

Qeyd edək ki, yolun uzunluğu 60 kilometr, eni isə 6 metrdir. 

"Report" Yuxarı Şirvan bürosunun müxbiri Aqil Əsədovun hazırladığı videoreportajı təqdim edir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru