Salam, xoş gəlmisiniz.

"Çəkməçidən 5 manat vergi alırıq, toya 10 minə gedəndən 30 manat" - Qüdrət Həsənquliyev

2019-11-14 14:10:11

"Çəkməçidən 5 manat vergi alırıq, toya 10 minə gedəndən 30 manat" - Qüdrət Həsənquliyev

"Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb ki, vətəndaşların vergiyə inamını artırmaq üçün “tolkuçka"lardan başlamaq lazımdır".

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçriilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, hamı bilir ki, həmin “tolkuçka"ları kim idarə edir: “Nə qədər vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır. Prezident dəfələrlə bildirib ki, sahibkarlar yalnız vergi ödəməlidirlər. İnsanlar görsələr ki, həmin yerlərdə vergi nizam-intizamı yaradılıb, sahibkarlar heç bir problemsiz öz vergilərini ödəyəcəklər”.

Deputat İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək bildirib ki, Bakının mərkəzi köşklərlə doludur: “Həmin köşklərdə “Reklam haqqında” qanuna zidd olaraq, şüşələrin arxasında siqaretlər düzülüb. Dünyanın heç bir yerində siqaret bu formada reklam olunmur. Hesab edirəm ki, siz bunları aradan qaldırsanız, hər kəs görəcək ki, qanunlar hamı üçün eynidir. İnsanlar bunu görməyincə, heç bir səylər nəticə verməyəcək”.

Q. Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə də toxunub: “Qeyd olunub ki, videoçəkiliş edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Hamımız bilirik ki, elə artistlər var, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu, nə dərəcədə ədalətli vergi qoymaqdır? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq".


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru