Salam, xoş gəlmisiniz.

"Gələn ildən daşınmaz əmlak sığortası məcburi olacaq" - QUBAD İBADOĞLU

2019-11-05 10:52:11

"Gələn ildən daşınmaz əmlak sığortası məcburi olacaq" - QUBAD İBADOĞLU

"Bunun üçün Bakı şəhərində əmlakı olanlar ən azı 50 manat ödəməlidir"

"2020-ci il yanvarın 1-dən əhalinin xərclərini artıran daha bir qərar qüvvəyə minir. Belə ki, gələn ildən daşınmaz əmlak sığortası icbari olacaq. Qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansi formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

Картинки по запросу QUBAD İBADOĞLU

Onun sözlərinə görə, göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir: "Bu o deməkdir ki, daşınmaz əmlak sahibləri onu məcburi sığorta etməli və Bakı şəhərində ildə ən azı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində bu məqsədlə 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat ödəməlidirlər. Əmlakını sığorta etdirməyənlər cərimə olunacaq. Cərimənin məbləği 30 manatdır, 20 gün müddətinə əmlakını sığorta etdirməyənər təkrar 30 manat cərimə olunacaq. Dünyanın əksər ölkələrində daşınmaz əmlak icbari deyil, könüllü sığorta olunur. Həmin ölkələrdə icbari sığorta yanaşması yalnız o hallarda məcburi xarakter daşıyır ki, ondan üçüncü şəxs ziyan çəkə bilər. Belə ki, bu ölkələrdə avtomobillərin sığortası icbari olsa da, daşınmaz əmlakın sığortası könüllüdür. Azərbaycanda da daşınmaz əmlak sığortası növbəti ilədək könüllülük əsasında tətbiq olunurdu. Lakin sığorta şirkətlərinə inamsızlıq və bütövlükdə isə sığorta mədəniyyətinin inkişaf etməməsi səbəbindən əhali bu sığorta növünə o qədər də maraq göstərmirdi".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru