Salam, xoş gəlmisiniz.

"Hər 100 nəfər iqtisadi fəal əhalidən ən azı 60 nəfərinin rəsmi işi yoxdur" - RÖVŞƏN AĞAYEV

2019-11-11 13:15:04

"Hər 100 nəfər iqtisadi fəal əhalidən ən azı 60 nəfərinin rəsmi işi yoxdur" - RÖVŞƏN AĞAYEV

"Əmək qabiliyyətli yaşında 6.2 mln. nəfərə yaxın insanın təxminən, 75 fazi işəgötürənin sığorta dəstəyindən kənarda qalacaq"

"Gələn il çox güman ki, sosial-iqtisadi mövzular içərisində ən qızğın müzakirə edilən məsələlərdən biri də icbari tibbi sığortanın tətbiqi, doğurduğu nəticələr, ictimaiyyətin yeni mexanizmə münasibətilə bağlı olacaq. Bəri başdan bir məqamı deyim, yəqin bu məsələ xüsusilə diqqət mərkəzində olacaq: qeyri-rəsmi məşğul sayılan və işəgötürənin sığortasından kənarda qalan insanların sayı həddən artıq çoxdur". Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

Onun bildirdiyinə görə, aktiv fərdi sahibkarları nəzərə almasaq, hər 100 nəfər iqtisadi fəal əhalidən ən azı 60 nəfərinin rəsmi işi yoxdur: "Bu ən azı 3 mln. nəfər edir. Amma iş bununla da bitmir. Əmək qabiliyyətli yaşında olan, lakin işləməyən, rəsmi statistikanın da "evdar", "öz ev təsərrüfatında çalışan", "ailə üzvlərinə qulluq edən" kimi uçota aldığı 1 mln. nəfər də əlavə var. Yəni ən azından əmək qabiliyyətli yaşında 6.2 mln. nəfərə yaxın insanın təxminən, 75 fazi işəgötürənin sığorta dəstəyindən kənarda qalacaq, güzəştli sosial qruplara düşmədikləri üçün dövlət büdcəsinin də dəstəyini ala bilməyəcəklər". İqtisadçı ekspert qeyd edib ki, bu 2 imkandan kənarda qalan insanlar ayda 10 manat ödəməklə sığortaoluna biləcəklər: "Amma nəzərə alaq ki, bu 4 milyon nəfərin içərisində böyük sayda real işszilər, ya da mövsümi gəlirlərlə ilin cəmi bir neçə ayı qazancı olan insanlar var. Onlar üçün ildə 120 manat ödəmək asan olmayacaq. Hər halda qeyri-rəsmi məşğulluğun və gizli işziliyin böyük miqyası Azərbaycanda icbari tibbi sığortanın effektiv tətbiqi qarşısında əsas institusional amillərdən biri olacaq. Daha maraqlı məqamlardan biri sığorta haqlarının həcmindəki mümkün fərqlər olacaq. Məsələn, fərdi sahibkarlar, rəsmi işi olmayıb özünü sığorta etdirən şəxslər ildə 120 manat ödəyəcəklər. Amma tutaq ki, rəsmi maaşı 1000 olan insan hər ay 4 faiz və ya 40 manat, ildə 480 manat ödəməklə bunu edəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru