Salam, xoş gəlmisiniz.

"Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib" - NAZİR

2019-11-22 10:17:06

"Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib" - NAZİR

"Mülki xarakterli işlər kifayət qədər çox olmaqla birinci instansiya məhkəmələrində onların sayı bəzi illərdə 470 000-ə çatıb".

Bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

O qeyd edib ki, hazırda 1 hakim hər ay orta hesabla 100-dən çox işə baxır: "Təbii ki, belə ağır iş yükü müddətlərə və keyfiyyətə mənfi təsir göstərir".

F.Məmmədov bildirib ki, Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən ötən qısa müddət ərzində 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə 41 hakim barəsində intizam icraatlarına baxılıb, o cümlədən 6 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, digərləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb. (Report)


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru