Salam, xoş gəlmisiniz.

"Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik" - Erməni polkovnikdən ŞOK ETİRAF

2019-12-06 11:58:57

"Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik" - Erməni polkovnikdən ŞOK ETİRAF

Ehtiyatda olan erməni polkovniki, Dağlıq Qarabağı işğal edən erməni hərbi birləşmələrinin komandiri olmuş Arkadi Karapetyan erməni mətbuatına açıqlama verərək, müharibənin bərpa olunmasından qorxduğunu etiraf edib.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan oğullarının şücaətinin canlı şahidi olmuş erməni hərbçi müharibənin bərpa olunma ehtimalının nə Ermənistandan, nə də onun siyasətindən asılı olduğunu qeyd edib.

“Müharibə başlasa, biz heç nə edə bilməyəcəyik. Hətta türklərə (azərbaycanlılar nəzərdə tutulur – Ə.M.) “Biz sizə təslim oluruq” desək belə, onlar bizi öldürəcəklər”, – deyə erməni polkovnik vurğulayıb.

Təbii ki, Karapetyan çox yaxşı dərk edir ki, Qarabağda döyüşlərin bərpa olunacağı təqdirdə Sovet İttifaqı dövründən fərqli olaraq, İrəvana heç kim kömək etməyəcək. O, Azərbaycan torpaqlarının üçüncü qüvvələrin dəstəyi sayəsində işğal edildiyini anlayır. O özü bütün bunların şahidi olub. Karapetyan Qarabağda erməni ordusunun komandiri olarkən Azərbaycanın cəsur oğullarının qəzəbini hiss edib və onun qorxuya düşməsi anlaşılandır.

“Mən müharibənin nə olduğunu bilirəm, mən sülh istəyirəm və qarşı tərəfin nəyə qadir olduğunu bilirəm”, - deyə Karapetyan qeyd edir.

Daha sonra erməni zabit azərbaycanlıların ermənilərə qucaq açdıqları, onları öz doğma torpaqlarında məskunlaşdırıb, yedizdirib-içizdirdikləri zaman belə ermənilərin istənilən zaman arxadan zərbə endirməyə hazır olduqlarını etiraf edir.

O, bunu belə ifadə edib: “Sovet İttifaqi dövründə biz türklərlə dostlaşdıq, ancaq əlimizdən dəyənəyi yerə qoymadıq”.

Məlumat üçün bildirək ki, Arkadi Karapetyan Daşnaksütyun Partiyasının sıralarında olub, 1990-1992-ci illər ərzində Qarabağa hücum edən erməni ordusunun komandiri olub və hazırda da Ermənistan Veteranlar Birliyinin sədridir.

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru