Salam, xoş gəlmisiniz.

"Növbədənkənar parlament seçkiləri demokratik keçməyəcək, amma daha səliqəli olacaq" - NATİQ CƏFƏRLİ

2019-12-03 11:30:18

"Növbədənkənar parlament seçkiləri demokratik keçməyəcək, amma daha səliqəli olacaq" - NATİQ CƏFƏRLİ

"Əsl səbəbi deyə bilmirlər, necə desinlər ki, bu parlamentdə artıq vəzifədə olmayan siyasi "ölülərin" ruhları dolaşır?!"

"Siyavuş Novruzov deyir ki, bir çox demokratik ölkələrdə parlament buraxılır, növbədənkənar seçkilər keçirilir, bizdə də belə olacaq, burada qəribə nə var ki?! Siyavuş müəllim formal da olsa, hüquq sahəsində elmi dərəcəsi olan biridir. Bunları öyrətməkdən yorulduq, amma yenə də başa salaq, bəlkə sonra anladılar". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

REAL-ın icra katibi digər ölkələrdə parlamentin buraxılması şərtlərindən danışarkən bunları deyib: "Birincisi, seçki olur, heç bir partiya üstünlük qazana bilmir, koalisiya da alınmır, parlament buraxılır, növbədənkəbar seçkilər olur. İkincisi, hakim partiya çox vacib qərarlar qəbul etmək istəyir, parlamentdən bu qərarı keçirə bilmir. Növbədənkənar seçkilərə gedir ki, güvən təzələsin, millətin, seçicinin daha çox səsini alıb vacib qərarları asanlıqla parlamentdən keçirsin".
Onun sözlərinə görə, sivil dünyada, parlament respublikalarında əsasən bu iki səbəbə görə erkən seçkilərə gedirlər: "Bizdə bu iki şərtin heç biri yoxdur. Bizim parlament dünyanın ən mağmın, sözə və ələ baxan məclisidir. Sadəcə əsl səbəbi deyə bilmirlər. Necə desinlər ki, bu parlamentdə artıq vəzifədə olmayan siyasi "ölülərin" ruhları dolaşır?! Necə etiraf etsinlər ki, hər oliqarx özünə 5-6 deputat seçdirmişdi, indi də həmin oliqarxlar yoxdur, deputatları yiyəsiz qalıb?! Çıxıb deməyəcəklər ki, parlamentin azı yarısını "boz kardinal" təyin etmişdi?! Ona görə də, demokratik ölkələrdən misal çəkib özlərini gülünc vəziyyətə qoyurlar".

Politoloq bu qənaətdədir ki, növbədənkənar parlament seçkiləri demokratik keçməyəcək, amma daha səliqəli olacaq: "Prezidentin parlamenti buraxmaq səlahiyyəti də məhz ola görə Ana Yasaya salınıb. Parlamenti buraxmaq total saxtakarlıqdan daha az riskli və cazibəlidir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru