Salam, xoş gəlmisiniz.

"Ölkə üzrə bütün 9-cu sinif şagirdləri riyaziyyat kurikulumundan "2" alıb" - OSMAN GÜNDÜZ

2019-11-19 13:47:13

"Ölkə üzrə bütün 9-cu sinif şagirdləri riyaziyyat kurikulumundan "2" alıb" - OSMAN GÜNDÜZ

"Təhsil Nazirliyi, həmçinin yeni formalaşan İctimai Şura bu sahədə ciddi dönüş yaratmaq üçün daha təsirli tədbirlər müəyyən etməlidir"

"Məlumdur ki, Dövlət İmtahan Mərkəzi cari ildə açıqladığı statistikaya görə, 9-cu siniflərin riyaziyyatdan 1-ci mərhələ (kurikulum üzrə) buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olub". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

Onun sözlərinə görə, ölkə üzrə 50 faiz 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarıb: "Yəni 50 faiz 9-cular sıfır bal toplayıb. Ölkə üzrə riyaziyyat 1-ci mərhələdə orta bal isə (%-lə) 10 bal olub. Bu, anlaşıqlı formada o deməkdir ki, klassik qiymətləndrimə ilə ölkə üzrə bütün 9-cular riyaziyyat kurikulumundan "2" qiymət alıblar. Bu yaxınlarda təhsil naziri bir əmr imzalayıb və orada riyaziyyat və informatika ilə bağlı problemlərin aradan qaldırılması üçün faydalı məqamlar nəzərdə tutulub". Lakin Osman Gündüz hesab edir ki, gələcəkdə bu sahədə müsbət nəticələr əldə etmək üçün bunlar yetərli deyil: "Düzü, biz bu cür nəticələrdən sonra daha ciddi müzakirələr, daha ciddi tədbirlər müəyyən olunacağını gözləyirdik. Bu cür xoşagəlməz nəticələrin səbəbi nədir, problem haradadır, kurikulumdadır, tədris prosesindədir, testlərin mahiyyətindədir, yoxsa riyaziyyat üzrə fənn kitablarındadır? Düşünürəm ki, Təhsil Nazirliyi, həmçinin yeni formalaşan İctimai Şura bu sahədə ciddi dönüş yaratmaq üçün daha təsirli tədbirlər müəyyən etməlidir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru