"Suriyada marksist dövlət qurmaq istəyirlər" - Türk səfirdən ŞOK AÇIQLAMA

"Suriyada marksist dövlət qurmaq istəyirlər" - Türk səfirdən ŞOK AÇIQLAMA

"PYD/YPG-ni ABŞ-ın dostu adlandırırlar. Halbuki, onlar ABŞ-ın dostu deyil”.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç Amerikanın PBS kanalına müsahibəsində deyib.

Türkiyənin “Sülh çeşməsi” hərəkatı ətrafındakı müzakirələrlə bağlı danışan səfir bildirib ki, bu terrorçular ABŞ-ın dəstəyini Suriyada marksist dövlət qurmaq üçün istifadə edən qrupdur: “Bizim isə əsas məqsədimiz Suriyanın ərazi bütövlüyü və siyasi birliyini təmin etməkdir. Vaşinqtonda “suriyalı kürdlər və “YPG/PKK” ünsürləri ilə bağlı ciddi fikir çaşqınlığı var. PKK/YPG bölgədə yaşayan bütün kürdləri təmsil etmir. Bizim üçün PYD/YPG bir təhdiddir. Suriyanın şimalındakı əməliyyatımız İŞİD-lı mübarizəyə zidd deyil. Biz PKK-ya görə 40 min insanımızı itirdik”.

Səfir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyi məsələsində olduqca həssas davranır.