Salam, xoş gəlmisiniz.

"Whatsapp" bu istifadəçiləri bloklayacaq

2019-11-14 16:30:23

"Whatsapp" bu istifadəçiləri bloklayacaq

"Whatsapp" bu dəfə yeni bir qərarla gündəmə gəlib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, platforma  şübhəli bildiyi qruplardakı istifadəçiləri birdəfəlik əngəlləyəcək.

Məlumata görə, proqram rəhbərliyi adını, açıqlamalarını şübhəli kimi dəyərləndirdiyi qrupları da bağlayacaq. Belə qrupların istifadəçilərinin isə platformaya girmələri mümkün olmayacaq. Onlara xidmət şərtlərini pozmaları barədə bildiriş göndəriləcək.

Whatsapp məsələylə bağlı bloq yazısında maşın öyrənmə texnologiyası ilə qrupların incələndiyini və uşaq istismarına əngəl olmaq üçün bu addımın atıldığını bildirir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru