Salam, xoş gəlmisiniz.

Ramiz Mehdiyevdən islahatlara başladı - Bu idarə və şöbələr ləğv olundu

2019-11-12 17:13:21

Ramiz Mehdiyevdən islahatlara başladı - Bu idarə və şöbələr ləğv olundu

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AMEA-dan bildirilib.

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla Rəyasət Heyətinin aparatının Mətbuat və informasiya idarəsi ləğv olunub. Onun yerinə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi yaradılıb.

Eyni zamanda, Mətbuat və informasiya idarəsinin tabeliyində olan şöbələr də ləğv olunaraq onların yerinə sektor yaradılıb.

Məlumata görə, struktur islahatları bundan sonra da davam edəcək və AMEA-nın Rəyasət Heyətinin aparatının digər idarələri ləğv olunaraq şöbə, şöbələrin isə ləğv olunaraq sektor yaradılması gözlənilir.

Qeyd edək ki, AMEA-nın Rəyasət Heyətinin aparatının ləğv olunan Mətbuat və informasiya idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev vəzifəsindən azad olunub. Onun yerinə yaradılan İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə isə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov təyin olunub.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru