Salam, xoş gəlmisiniz.

Ruhani ABŞ ilə müzakirələrə açıq olduğunu bildirdi - "Bu, inqilabi bir addım olacaq"

2019-12-09 18:16:12

Ruhani ABŞ ilə müzakirələrə açıq olduğunu bildirdi - "Bu, inqilabi bir addım olacaq"

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ ilə müzakirələrə yaşıl işıq yandırıb.  Ruhani deyib: “Əgər müzakirə düşmənin planlarını boşa çıxaracaqsa, gərəkli, zəruri və inqilabi bir addım olacaqdır”.

ABŞ ilə nüvə müqaviləsinin İranın lehinə olduğunu söyləyən Ruhani razılaşmadan əvvəl 1 milyon barrel həcmindəki gündəlik neft ixracının bu müqavilədən sonra 2 milyon 800 min barrelə yüksəldiyini də xatırladıb.

Ruhani ABŞ ilə müzakirələrin yenidən başlanması barəsində belə deyib: “Düşmən təzyiq göstərmək istəyir, İran isə buna qarşı müqavimət göstərir. Əgər müzakirə düşmənin planlarını boşa çıxaracaqsa, gərəkli, zəruri və inqilabi bir addım olacaqdır”.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru