Salam, xoş gəlmisiniz.

Rumıniyada yeni prezident seçilib

2019-11-25 10:10:08

Rumıniyada yeni prezident seçilib

Rumıniyanın hazırkı prezidenti, Milli Liberal partiyasının namizədi Klaus Yohannis 66,5 faiz səslə bazar günü keçirilən prezident seçkilərinin qalibi olub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Qiymətləndirmə və Strategiya İnstitutu (İRES) exit-polların nəticələrini açıqlayarkən məlumat verib.

Klaus Yohannisin rəqibi sabiq baş nazir Viorika Dançila isə 33,5 faiz səs toplayıb. Səsvermədə 49,84 faiz qeydiyyatdan keçən seçicilər iştirak edib.

Beləliklə Klaus Yohannis beş il müddətinə Rumıniyanın prezidenti seçilib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru