Rusiya İdlibi BOMBALADI - Bir ailənin 4 üzvü həlak oldu

Rusiya İdlibi BOMBALADI - Bir ailənin 4 üzvü həlak oldu

Hurriyyet.org xəbər verir ki, Suriya hökumətinin razılığı ilə İdlibdə fəaliyyət göstərən Rusiya hərbçiləri İdlibdə müxaliflərin cəbhə xətlərinə hücum eləməyə davam edirlər. Rusiyaya məxsus qırıcıların hava hücumu nəticəsində bir ailədən 4 nəfər dinc sakin həlak olub. Rusiyanın son 3 gün ərzindəki hücumlarında ölənlərin sayı 9 nəfərə çatıb.

Məlumatı İdlib Mülki Müdafiə (Ağ Beretlilər) təşkilatı yayıb.

“Anadolu Agentliyi”nin məlumatında Türkiyə ilə Rusiya arasında 2018-ci il 17 sentyabr tarixində imzalanan razılaşmadan indiyə qədər keçən müddət ərzində İdlib Gərginliyi Azaltma Bölgəsində Suriya hökumt qüvvələri ilə Rusiya hərbçilərinin hücumları nəticəsində həlak olan dinc sakinlərin sayının 1300 nəfərdən artıq olduğu bildirilir. Son bir il ərzində döyüş ərazilərində yaşayan 1 milyondan artıq dinc sakin qaçqına çevrilib.

Hurriyyet.org