Salam, xoş gəlmisiniz.

Rusiya qırıcıları İdlibdə uşaq xəstəxanasını hədəfə aldı

2019-11-06 15:27:02

Rusiya qırıcıları İdlibdə uşaq xəstəxanasını hədəfə aldı

Hurriyyet.org xəbər verir ki, Rusiyaya məxsus hərbi təyyarələrin İdlibin Gərginliyi Azaltma Bölgəsinin sərhədləri içərisindəki məntəqələrə qarşı həyata keçirdiyi hücumlarda bir uşaq xəstəxanası vurulub. Müxaliflərə məxsus Müşahidə Evinin məlumatına görə, hücum nəticəsində xəstəxanın iki işçisi yaralanıb.

Rusiyaya məxsus olduğu bildirilən qırıcılar gecə saatlarında İdlibin rayonlarına və kəndlərinə hücum edib. Şinan şəhərindəki doğum evi və uşaq xəstəxanasının rəhbərliyi hərbi təyyarələrin hücumu nəticəsində binanın 80 faizinin yıxıldığını, körpələrin və xəstələrin təcili şəkildə köçürüldüyünü bildirib. İdlib Mülki Müdafiə qüvvələri – ağ beretlilər xəstələrin köçürülməsinə kömək ediblər və baş vermiş yanğını söndürüblər.

Rusiyanın hərbi təyyarələrinin İdlibdki Gərginliyi Azaltma Bölgəsindəki yaşayış məntəqələrinə son bir həftə ərzindəki hücumlarında 12 dinc vətəndaş həlak olub.

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru