Salam, xoş gəlmisiniz.

Sabah MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar toplanacaq

2019-12-06 11:49:03

Sabah MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar toplanacaq

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Hurriyyet.org-un xəbərinə görə, iclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

İclas sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib./apa/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru